Mərhum professor, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının sabiq rektoru Seyfəddin Qəndilovun oğlu Zöhrab Qəndilov vəfat edib.
Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, Z.Qəndilov bu gün dünyasını dəyişib.
O, uzun müddət daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Seyfəddin Qəndilovun digər oğlu Lətif Qəndilov hazırda Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.












