Saakaşvili Azərbaycanın məktəblərdəki geyimlə bağlı qərarını dəstəkləyib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycanın məktəblərində hicabla bağlı qaydalar və İranın Gürcüstandakı təsiri barədə münasibət bildirib.

Gununsesi.info bildirir verir ki, bu barədə o sosial hesabında paylaşım edib: 

“Azərbaycan məktəblərdə uşaqların hicab taxmasını qadağan edib. Bu, İlham Əliyevin Azərbaycanın dünyəvi dövlət kimi möhkəmlənməsi və islamçıların təsirinin qarşısının alınması istiqamətində atdığı çox mühüm və cəsarətli addımdır.

Bununla yanaşı, İran Azərbaycana təsir göstərə bilmədiyi üçün fəal şəkildə azərbaycanlı gürcüləri radikal islamlaşdırmaya məruz qoyur. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı islamçılar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün bölgə üçün təhlükə törədir”.

 

 

Şəbnəm

Gununsesi.info