Xaricdə və daxildə bəzi qüvvələr Azərbaycanda İslamın sıxışdırılması, müsəlmanlara əziyyət verilməsi, hicabın qadağan olunması haqqında məlumatlar yayırlar. Onlar bu məsələni siyasiləşdirirlər.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söyləyib.
QMİ sədri bildirib ki, vahid geyim forması ilə bağlı qərardan siyasi məqsədlər üçün istifadə edib, dövlətimizə dil uzatmaq və müəyyən şəxsləri dövlətə qarşı yönəltmək qəbuledilməzdir.












