Putindən Donetskdəki vətəndaşları ilə bağlı göstəriş

  • By admin
  • 29 Yanvar 2022 22:33

Rusiya Prezidenti Vladimir Putin hökumətə Ukraynadan müstəqilliyini birtərəfli qaydada elan etmiş Luqansk və Donetsk xalq respublikalarında yaşayan Rusiya vətəndaşlarına sosial yardım prosedurunu asanlaşdırmağı tapşırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Luqansk və Donetsk xalq respublikalarında yaşayan Rusiya vətəndaşları Rusiyada yaşayış sənədlərini təqdim etmədən “Dövlət Xidmətləri” portalı vasitəsilə sosial müavinət almaq üçün müraciət etmək hüququna malik ola bilərlər.

Bildirilib ki, hökumətə sosial müavinətlərin verilməsi qaydasının dəyişdirilməsi ilə bağlı təkliflər vermək də tapşırılıb.

Gununsesi.info