Putinin prezident seçkilərində iştirakı sual altındadır

  • By admin
  • 11 Noyabr 2017 17:25

Rusiya prezidenti Vladimir Putin ölkəsində 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə danışmağın hələ tez olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, Vyetnamda keçirilən Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində jurnalistlərin suallarına cavab olaraq Vldaimir Putin “Mən bu sualı hələ cavabsız qoyuram. Zamanı çatanda biz bu mövzuda danışacağıq”, deyə bildirib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək.

Gununsesi.info