Putinlə Əliyev arasında KRİTİK MÜZAKİRƏ: Məsələ yenə Qarabağdır

  • By admin
  • 24 Noyabr 2020 20:06

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Azərbaycan lideri ilə Rusiya nümayəndə heyətinin səfərinin yekunlarını, eləcə də Qarabağ üzrə bəyanatın yerinə yetirilməsi prosesini müzakirə edib.

 

Həmçinin Qarabağda rus sülhməramlılarının işi və əhaliyə növbəti humanitar yardımın göstərilməsi üzrə addımlar da müzakirə mövzusu olub.

Kremldən bildiriblər ki, Putin hömsöhbəti ilə Qarabağda iqtisadi qarşılıqlı əlaqələr və nəqliyyat əlaqələrinin bərpasına dair fikir mübadiləsi aparıb.

Gununsesi.info