Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda “Qarabağ hərəkatı”na son qoyulmasının vacibliyini bildirib.
Paşinyan bildirib ki, o artıq Ermənistanda açıq şəkildə bəyan edib ki, “Qarabağ hərəkatı”nı davam etdirməməlidirlər: “Çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar”, – deyə baş nazir əlavə edib.
“İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”, – deyə Paşinyan vurğulayıb.











