Putinlə Makronun telefon danışığı oldu

  • Müəllif: admin
  • 15 May 2018 12:50


Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.

Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, Kreml rəhbəri əvvəlcə Makrona mayın 12-də Parisdə törədilmiş terror aktına görə başsağlığı verib.

Daha sonra tərəflər Suriyada baş verən hadisələr, ABŞ-ın İranla nüvə sazişindən çəkilməsi məsələlərindən danışıblar.

 

Gununsesi.info