PYD Türkiyəni hədələdi: Gəlsələr vuracağıq

  • By admin
  • 14 Fevral 2017 21:30

oso_pydpkkya_munbic_bab_yolunu_kapatti_1480184600_654

 

Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu (ASO) Menbicə doğru hərəkət edərsə qarşılıq verəcəyik.

Gununsesi.info xəbər verir ki, bu barədə PKK-nın Suriyadakı qolu PYD məlumat yayıb.

“Türkiyə Suriyanın şimalında yaradılan idarəetməni hədəf alır. Ankara açıq şəkildə deyir: Harda kürd varsa, ora da müdaxilə edəcəyik. İctimaiyyətə isə İŞİD-lə mübarizəni əsas gətirir. Menbicdə İŞİD yoxdur. Türkiyə Əl Babdan sonra Menbic və Afrina hücum etməyi planlaşdırır”, – açıqlama bildirilib.

Qeyd edək ki, türk ordusu Əl Babda nəzarəti təmin edib.

 

Gununsesi.info