Suriya ordusu qaz yatağını ələ keçirdi

  • By admin
  • 14 Fevral 2017 21:49

palmira

 

Suriya ordusu və müttəfiq qüvvələr Palmira yaxınlığında qaz yatağını ələ keçirib.

Gununsesi.info xəbər verir ki, hərbi hava qüvvələri və quru qoşunları Hiyan qaz yatağında nəzarəti təmin edib.

Hücum nəticəsində xeyli terrorçunun öldürüldüyü və zirehli texnikanın məhv edildiyi açıqlanıb.

Məlumatda İŞİD-çilərin Palmiranın içərilərinə doğru geri çəkildiyi də bildirilib.

Qeyd edək ki, bir neçə ay əvvəl Əsəd qüvvələri Palmiranı İŞİD-dən azad etsə də, yenidən nəzarəti itirib.

 

Gununsesi.info