Qəbələ bu dəfə Fransızlara qarşı

  • By admin
  • 28 İyul 2016 10:00

qebele

 

Bu gün UEFA-nın Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Gununsesi.info xəbər verir ki, AvroLiqadakı yeganə təmsilçimiz “Qəbələ” də növbəti oyununa çıxacaq.

Komandamız Fransada yerli “Lill” klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“Qəbələ” indiyə kimi Gürcüstanın “Samtredia”, Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdırıb.

Bugünkü oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Gununsesi.info