“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırdı

  • By admin
  • 02 Yanvar 2017 21:29

qabala-1

“Qəbələ” futbol klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Gununsesi.info klubun rəsmi saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevlə 2 illik müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində yerli klublardan yalnız “Neftçi”nin heyətində çıxış edib. A.Abdullayev məhz 2008-2011 və 2012-2016-cı illərdə “ağ-qaralar”ın formasını geyinib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısında Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış A.Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, əsas yığmada 20 oyun keçirib.

Gununsesi.info