Ucarda ölümlə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 02 Yanvar 2017 21:34

yollllllllllllllllllllllllllllllllll

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun  xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Qazıqumlaq kəndində qeydə alınıb.

Rayon sakini Hacı  Ələsgər oğlu Məmmədovun idarə etdiyi  “Mercedes” markalı minik maşını ilə Sahib Valeh oğlu Novruzəliyevin idarə etdiyi  “VAZ- 2106” markalı maşın toqquşub.

Nəticədə “VAZ-2106” markalı maşının  sürücüsü S . Novruzəliyev ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardımına baxmayaraq o, xəstəxanada ölüb. Hadisənin başvermə səbəbi rayon polis şöbəsində araşdırılır.

Gununsesi.info