
Qəbələdə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qəbələ şəhərində vətəndaşa məxsus ümumi sahəsi 900 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində taxta və lambirdən ibarət eyvanın tavanı 100 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












