“Boko Haram” qruplaşmasına ağır zərbə endirilib - 57 TERRORÇU MƏHV EDİLİB

  • Müəllif: admin
  • 11 Aprel 2017 07:17

boko haram

Niger təhlükəsizlik qurumları “Boko Haram” terror qruplaşmasının 57 üzvünü məhv ediblər.

Gununsesi.info-nun ria.ru-ya istinadən verdiyi məlumata görə, təhlükəsizlik qurumlarının üzvləri 1 “Toyota” avtomobili, 1 minaatan, 2 qumbaraatan, 5 pulemyot, 20 AK-47 və döyüş sursatları ələ keçiriblər.

Qeyd edək ki, daha əvvəl “Boko Haram” terror qruplaşmasının üzvləri Diffa kəndinə hücum ediblər. Hücum nəticəsində 15 hərbçi və 2 dinc sakin həlak olub.

Gununsesi.info