“Qəbələ”nin səfər planı bəlli oldu

  • By admin
  • 04 İyul 2016 16:34

 

qebele

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Samtredia”nın qonağı olacaq “Qəbələ”nin Gürcüstan səfərinin planı müəyyənləşib. “Gununsesi.info” xəbər verir ki, əyalət təmsilçisi qonşu ölkəyə çarter reysi ilə yollanacaq.

Saat 12:00-da Bakı Hava Limanından Kutaisi istiqamətində yola çıxacaq Roman Qriqorçkun komandası vətənə ertəsi gün qayıdacaq. “Qəbələ” “Tsaxltubo Plaza” Hoteldə məskunlaşacaq. Tsaxltubo şəhəri oyunun keçiriləcəyi Zestafonidən 50 km aralıqda yerləşir.

İyulun 7-də saat 19:00-da start götürəcək oyundan dərhal sonra təmsilçimiz Azərbaycana qayıdacaq. Qeyd edək ki, bu komandalar arasında ötən cümə axşamı Bakıda baş tutan ilk görüşdə “Qəbələ” 5:1 hesablı qələbə qazanıb