Qəbirlər dağıdıldı - İMİŞLİDƏ VƏHŞİLİK

  • By admin
  • 01 Avqust 2016 10:48

mez-1

İmişli rayonunda kənd qəbristanlığında ayrı-ayrı şəxslərə məxsus məzar daşları naməlum şəxslər tərəfindən sındırılaraq aşırdılıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qızılkənd kəndi qəbristanlığında baş verib. Səhər saatlarında yaxınlarının qəbirlərini ziyarətə gələn sakinlər bu xoşagəlməz mənzərənin şahidi olublar. Sakinlər qəbristanlıq ərazisində fərqli şəxslərə məxsus 6 məzar daşının sındırılaraq dağıdıldığını görüblər. Kənd sakinləri 1974-cu ildən salınan qəbristanlıqda ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını deyirlər.

Sakinlər bu barədə polisə məlumat verdiklərini və ərazinin Biləsuvar rayonu ərazisi olduğundan faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırmanın aparıldığını bildiriblər.

 

mez-2

mez-3

Gununsesi.info