Qəddafinin 10 milyon dollarlıq xəncəri   - FOTO

  • By admin
  • 13 İyun 2016 17:11

thumbs_b_c_fcde4e52c9668c41df8a0108941336ae

 

İstanbulda qaçaqmalçılara qarşı aparılan əməliyyat nəticəsində Liviyanın devrilərək qətlə yetirilmiş lideri Müəmmar Qəddafinin sarayından oğurlandığı iddia olunan xəncər aşkarlanıb. Gununsesi.info Anadolu Agentliyinə istinadla xəbər verir ki, Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları Esenyurd rayonunda bir mənzildə əməliyyat keçirib. Əməliyyat nəticəsində 3 nəfər saxlanılıb. Mənzildə aparılan axtarış zamanı fil dişi üzərində oymalarla işlənmiş, yaqut, sapfir, zümrüd və brilyantlarla bəzədilmiş qızıl haşiyəli xəncər, xəncər qını və iki aslan heykəlindən ibarət bəzək əşyası aşkar olunub. Əşyaların Səudiyyə Ərəbistanından olan iş adamına 10 milyon dollara satılmaq üçün aparıldığı məlum olub. Saxlanılan şəxs onları təxminən üç ay əvvəl Liviyada 4 milyon 600 min dollara satın aldığını bildirib.

Gülnaz Qənbərli