Qədim qəsrin bu görüntüsu hər kəsi şoka saldı - ATLI SƏRKƏRDƏNİN RUHU (VİDEO)

  • By admin
  • 17 Aprel 2018 19:00

41 yaşındakı Tomas Arnold özünə məxsus olan pilotsuz uçuş aparatı (dron) ilə Qlosterşirdəki qədim Berkli qəsrinin panoramını çəkmək istəyib.

Gununsesi.info xəbər verir ki, “Daily Mail”in məlumatlarına görə, videoçəkilişin nəticələri operatorun özünü də, sosial şəbəkə istifadəçilərini də şoka salıb.

Belə ki, çəkilişdən sonra evdə görüntüləri seyr edən Tomas videoda bir atlını xatırladan ağ silueti görüb. T.Arnold bir nöqtədə dronların nəzarətini itirdiyini söyləyir, lakin sonra nəzarəti bərpa edə bilib.

O əmindir ki, sadəcə bir anda qala ətrafında ruh at üstündə şütüyürdü: “Mən onu görəndə dedim: “Tanrım, bu nədir?”. Tomas Arnold əvvəllər də ruhların varlığına inanırmış, amma indi onların mövcudluğuna şəxsən əmin ola bilib. Onun sözlərinə görə, çəkilişdə başqa bir fiqurun düşməsi mümkün ola bilməz, yaxınlıqda tüstü mənbələri yox idi və külək əks-istiqamətə əsirdi.