İraqda üç azərbaycanlı qadına ölüm hökmü çıxarıldı

  • By admin
  • 17 Aprel 2018 19:02

İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatı ilə bağlılığa görə yeddi qadın, o cümlədən üç azərbaycanlı qadın barəsində ömürlük həbs qərarı və ya ölüm hökmü çıxarıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı məlumat yayıb.

Məlumata görə, bir fransız və iki rusiyalı qadın ömürlük həbs cəzasına, üç azərbaycanlı və bir qırğızıstanlı qadın isə ölüm cəzasına məhkum edilib.

Gununsesi.info