Qələbəni son dəqiqədə əldən verdi…

  • By admin
  • 03 Dekabr 2016 23:47

barsa

Dekabrın 3-də futbol üzrə İspaniya La Liqasında 14-cü tur çərçivəsində mövsümün ilk El Klassikosu oynanılıb.

Gununsesi.info xəbər verir ki, “Barselona” klubu “Real” (Madrid) komandası ilə qarşılaşmada 90-cı dəqiqəyədək 1:0 hesabı ilə öndə olsa da qələbəni əldən verib.

Son dərəcə gərgin və dramatik keçən qarşılaşmada qolları 53-cü dəqiqədə Luis Suares və 90-cı dəqiqədə Serxio Ramos vurub.

Beləliklə, bu mövsümdə keçirdiyi 14 oyunun heç birində məğlub olmayan “Real” əsas rəqibi “Barselona” ilə arasındakı altı xallıq fərqi qoruyub saxlayıb. Bu heç-heçədən sonra madridlilər 34 xalla turnir cədvəlinə başçılıq edirlər. Hesabında 28 xal olan Kataloniya təmsilçisi isə ikinci yeri tutur.

Gununsesi.info