Qənimət Zahidin qohumları 6 il azadlıqdan məhrum edildi

  • By admin
  • 28 İyun 2016 18:01

qanimat-zahid-yeni

 

Bu gün “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovların məhkəməsi sona çatıb və hökm elan olunub. Gununsesi.info xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsinin  çıxardığı hökmə əsasən, Rüfət və Rövşən Zahidovlar 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokurur Zahidovların 8 il müddətinə azadlıqda məhrum edilməsini istəmişdi.

Rüfət və Rövşən Zahidovlar qohumları Qənimət Zahidin fəaliyyətinə görə ondan qisas almaq məqsədilə narkotiklə şərlənərək həbs olunublar. Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatı onları Vicdan Məhbusu elan edib.