Rusiyadan Türkiyə açıqlaması: “Türk şirkətlərinin məhsullarına üstünlük veriləcək”

  • By admin
  • 28 İyun 2016 18:10

turk

 

Türk məhsulları rus bazarına qayıtdığı təqdirdə Rusiyaya daha uzaq olan ölkələrin kənd təsərrüfatı məhsullarını bazardan vurub çıxara bilər.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya pərakəndə satış üzrə assosiasiyasının icraçı direktoru Andrey Karpov deyib. Karpov deyib ki, siyasi qərar qəbul olunarsa, ilk növbədə türk şirkətlərinin məhsullarına üstünlük veriləcək.

Türkiyə məhsulları rus bazarına girdiyi təqdirdə Mərakeş və Latın Amerikasından gətirilən meyvə-tərəvəzləri sıxışdırıb çıxaracaq. Söhbət pomidor və sitrus bitkilərindən gedir.

Qeyd edək ki, Rusiya bazarında türk meyvə-tərəvəzinə qoyulan embarqo 1 yanvardan qüvvədədir.

 

Gununsesi.info