Qənirə Paşayeva Əfsanə ilə Elşənə toy etdi - "İlk dəfə idi evimdən gəlin köçürürdüm"- FOTOLAR

  • By admin
  • 27 Sentyabr 2016 00:59

qan-toy

“Mələk üzlü Əfsanəni “Vağzalı” sədaları altında evimizdən gəlin köçürdük. İlk dəfə idi evimdən gəlin köçürürdüm. Çox duyğulu anlar yaşadıq”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun dediyinə görə, “Ümid Yeri” valideyn himayəsindən məhrum uşaqlar üçün sığınacaqda böyüyüblər Əfsanə və Elşən.

“Bir-birilərini seviblər və bu gün gözəl bir ailə qurdular. Gözəl Əfsanəyə həyat yoldaşı ilə bir ömür mutluluq dilədik. Allah hər zaman onlara yardımçı olsun, xoşbəxt olsunlar, gözəl övladları olsun. Nigar xanımın gözləri aydın olsun. Bütün dostlara Nurane Güler, Aybeniz Haşımovaya, əməyi olan hər kəsə və bu gün gözəl qızımızı bizimlə birlikdə yola salmağa gələn bütün insanlara təşəkürlər”-deyə, o, daha sonra qeyd edib.

qan-toy-1

qan-t-y-2

K. HƏMZƏOĞLU

Gununses.info