Qənirə Paşayeva ön cəbhədə müəllim və sakinlərlə görüşüb - FOTOLAR

  • By admin
  • 23 İyun 2017 12:50

IMG_0780

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə Əlibəylidə müəllim və sakinlərlə görüşüb və Ramazan bayramlarını təbrik edib.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Qənirə Paşayeva  Ramazan bayramı münasibəti ilə Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və  sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib. O, Əlibəyli kəndində müəllimlərlə, şagirdlərlə və sakinlərlə görüş zamanı Ramazanın bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb.

Ramazan Bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb. Dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyən Q.Paşayeva burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı  qəhrəmanlıqla düşmənə qarşı mübarizəsini hər yerdə yaşayan gənc nəsillərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb.

Q.Paşayeva müəllimlərin, sakinlərin fikir və qayğılarını da dinləyib və fikir mübadiləsi aparılıb.  Müəllimlər Əlibəyli məktəbinin yeni məktəb binasına böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər.

Millət vəkili Q.Paşayeva problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb. Millət vəkili Qənirə Paşayeva kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüb və onların da qarşıdan gələn bayramlarını təbrik edib.

IMG_0685

IMG_0698

IMG_0780

IMG_0849

Gülnaz Qənbərli

Gununsesi.info