Qərbi Balkan ölkələrində Aİ-yə daxil olmadan parlaq gələcək görülə bilməz -İvo Cosipoviç

  • By admin
  • 06 Noyabr 2021 13:05

Qərbi Balkanlar ərafında bir sıra illuziyalar mövcuddur. Düşünülür ki, kənardan kimsə gəlib problemləri həll edəcək. Düzdür, qonşu dövlətlər müəyyən köməkliklər edə bilər, lakin əsasən daxildən olan idarəetmə ilə bu problemlər həll yolunu tapa bilər.

Gununsesi.info xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda “Qərbi Balkanların qiymətləndirilməsi: İrəli yol” mövzusunda paneldə çıxış edən Xorvatiyanın keçmiş prezidenti İvo Cosipoviç deyib.

O bildirib ki, həmçinin, Qərbi Balkan ölkələrində Avropa İttifaqına daxil olmadan parlaq gələcək görülə bilməz: “Bu ittifaqa daxil olmaq bütün problemlərə son qoyacaq, ölkələrin stabilliyini bərqərar edəcək”.

Gununsesi.info