Qərbin məqsədi sülhə nail olmaq deyil - Zaxarova

  • By admin
  • 27 Aprel 2022 10:25

Qərb ölkələrinin Ukraynaya silah tədarükünün məntiqi qəribədir. Görünür, NATO-nun məqsədi sülhə nail olmaq deyil.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmisi deyib ki, Qərbin Ukraynaya silah tədarükü insanların ölümünə səbəb olur: “Bu, dinc hərbi-texniki əməkdaşlıq deyil, təcrübə mübadiləsi deyil, bu, qan tökülməsinin davam etməsi üçün münaqişə zonasına silahların verilməsidir”.

Gununsesi.info