
2 uşaq anası olan aktrisa İrmak Ünal Bodrumda baş verən zəlzələdən sonra maraqlı paylaşım edib.
Axşam.az Türkiyə mətbutına istinadən xəbər verir ki, 40 yaşlı aktrisa övladı ilə yoqa edən yerdə çəkilmiş şəklini İnstaqram səhifəsində bu qeydlə paylaşıb:
“Qəribə bir gecə idi. Təbiətə hörmətimiz böyükdür. Amma qorxutdu bizi. Stresimizi atmaq üçün bu səhər Kayla və mən özümü yoqaya verdik”.
Ünalın ideal bədən quruluşu da diqqətdən yayınmayıb.
Qeyd edək ki, İrmak aktyor Cihan Ünalın doğma, aktrisa Türkan Şorayın isə ögey qızıdır. O, 2010-cu ildə ailə qurduğu iş adamı Emre Karabacakdan bu yaxınlarda ayrılmaq qərarı verib. Evlərini ayıran cütlüyün iki uşağı var.
Gununsesi.info












