“Yuventus”-dan 40 milyonluq transfer…

  • Müəllif: admin
  • 21 İyul 2017 23:41

da2083286d4e66a93b3a4926060ea319

Dani Alveş və Leonardo Bonuççi kimi aparıcı oyunçularla vidalaşan “Yuventus” “transfer bazarı”nda da fəallıq nümayiş etdirir.

Gununsesi.info-nun Apasport.az-a istinadən məlumatına görə, “qoca sinyora” heyətinə daha bir futbolçu cəlb edib.

Belə ki, “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Bernardeski yeni mövsümdən “ağ-qara” formanı geyinəcək. Bu keçid İtaliya çempionuna 40 milyon avroya başa gəlib. Həmçinin tərəflər arasında anlaşmaya əsasən, “Yuve” gələcəkdə oyunçunu satarsa, transfer məbləğinin 10 faizi “Fiorentina”ya çatacaq.

Yeni komandası ilə 5 illik müqavlə imzalayacaq 23 yaşlı hücumameyilli oyunçunun illik məvacibi 4 milyon avro olacaq.

Gununsesi.info