Qəza xidməti əməkdaşlarının işi barədə abonentlərin fikri öyrənilib - FOTOLAR

  • By admin
  • 05 Avqust 2022 19:11

“Azəriqaz” İstehsalat Birliyinin tərəfindən göstərilən xidmətlər ilə bağlı sorğu keçirən “QBS Consulting” MMC bu dəfə Birliyin qəza xidməti əməkdaşlarının fəaliyyəti barədə abonentlərin fikrini öyrənib.

Sorğuda qaz təchizatı ilə bağlı “Azəriqaz” İB-nin 104/185 Çağrı mərkəzlərinə müraciət əsasında işin icrası üçün qəza xidmətinin əməkdaşlarının abonentin ünvanına gedib-getməməsi, eyni zamanda abonentin ünvanına gedən əməkdaşların operativliyi, bilik və bacarıqları, davranışları, eləcə də müraciət olunan problemin həlli istiqamətində fəaliyyəti qiymətləndirilib.

Sorğunun nəticələri barədə diaqramlarda ətraflı məlumat göstərilib.

Gununsesi.info