Qəza zamanı avtomobil iki yerə bölündü - ÖLƏNLƏR VAR

  • Müəllif: admin
  • 01 İyun 2017 10:13

57ee278f-5ce6-47d3-b8eb-463953b7f126_292

Qax rayonunun Dəymədağlı kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.info “report”a istinadən məlumat verir ki, baş verən hadisə nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.

Belə ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Ramazanovun idarə etdiyi “VAZ-2109″ markalı avtomobil qəza nəticəsində iki yerə bölünüb və yanaraq külə dönüb.
Nəticədə sürücü B.Ramazanov və onun sərnişini 1985-ci il təvəllüdlü Ruslan Muradov ölüb. Avtomobildə olan digər sərnişinlər – 1988-ci il təvəllüdlü Həsrət Kərimov və 1977-ci il təvəllüdlü İlqar Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info