Siqaret qutularından 6 büküm heroin çıxdı

  • By admin
  • 01 İyun 2017 10:16

01
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd “Kent” markalı siqaret qutusuna gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info