Qəzada ölənlər qadın sürücünün yaxınları çıxdı  - FOTO

  • By admin
  • 31 Avqust 2019 11:39

Ələt-Astara yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb. 

Gununsesi.org xəbər verir ki, rəsmi məlumata əsasən, qəza nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onlar sürücü – Bakı şəhər sakini Səadət Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynovdur. 

Bir qadın isə bazu sümüyünün sınığı ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, ötən gün Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində Səadət Fərəczadənin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb. 

Gununsesi.org