Qəzza zolağında iki hərbi posta zərbələr endirilib

  • Müəllif: admin
  • 08 Dekabr 2017 09:35

İsrail tankı və hərbi aviasiyası raket hücumuna cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağındakı mövqelərinə zərbə endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Ordusunun tankı və aviasiyası Qəzza zolağınıda iki hərbi posta zərbə endirib”, məlumatda deyilir.

İsrail hərbiçilərinin məlumatına görə, Qəzza zolağından İsrailə raket zərbəsi endirilib. Raket İsrail ərazisinə çatmayaraq Qəzza zolağındaki boş əraziyə düşüb.

Gununsesi.info