Qaçırılan qızın acı sonu… - VİDEO

  • By admin
  • 04 Sentyabr 2017 10:00
2015-01-20-00-13-05qizqacirma
Samux rayonunda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, Samux-Əhmədbəyli yolunda “VAZ-2107” markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız təcili yardım maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Kliniya aparılarkən yolda dünyasın dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Samuxda yol qəzası baş verib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə Çobanabdallı-Qarabağlar avtomobil yolunun Əhmədbəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən Gəncə çayına düşüb.
Qəza nəticəsində sürücü, Samux rayon Sərkar kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, avtomobildə olan daha iki şəxs də Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata əsasən, avtomobildə olan sərnişinlərdən biri dostları ilə birgə evlənmək məqsədilə T.İsgəndərovanı qaçıran zaman yolda qəzaya düşüblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info