Qaçqın düşərgəsinə basqın - 14 nəfər öldürüldü

  • By admin
  • 21 Mart 2022 09:03

Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşən İturi əyalətində köçkünlərin düşərgəsinə edilən hücum nəticəsində 14 nəfər ölüb, 5 nəfər yaralanıb.

Gununsesi.info Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, öldürülənlər arasında biri iki yaşlı körpə olmaqla, 7 uşaq və 5 qadın var.

İturinin Djuqu bölgəsinin icma lideri Jean D’Zba Banju açıqlamasında cinayətkarların ərazidə bir sıra etnik qırğınlarda günahlandırılan “CODECO” silahlı qruplaşmasına aid olduğunu söyləyib. O deyib ki, maçete ilə silahlanan “CODECO” üzvləri köçkün düşərgəsinə girərək insanları qətlə yetiriblər.

Ölənlərin Ngotşi kəndindən qaçan köçkünlər olduğu bildirilib.

Gununsesi.info