Qadın cüdoçumuz gümüş medal qazandı

  • By admin
  • 26 İyul 2017 09:54

04

Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalına start verilib. 

Gununsesi.info Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, bu mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Qızların mübarizəsində 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova yalnız finalda uduzaraq gümüş medal qazanıb.

Fransa və Rusiya cüdoçularına qalib gələn Vüsalə həlledici qarşılaşmada Belçika nümayəndəsi Jente Verstraytenlə görüşüb. Gərgin mübarizədən Belçika cüdoçusu qalib ayrıllb. Yeniyetmə cüdoçularımızın Olimpiya festivalında mübarizəsi davam edir.

Anar
Gununsesi.info