Qadın volleybolçularımızın rəqibləri məlum oldu

  • By admin
  • 07 Dekabr 2017 11:48

2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb.

Gununsesi.info xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan millisi ABŞ, Rusiya, Cənubi Koreya, Tayland və Trinidad və Tobaqo kollektivləri ilə birgə C qrupunda yer alıb.

Püşkün nəticəsi belə olub:

A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika

B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba

C qrupu: Azərbaycan, ABŞ, Rusiya, Cənubi Koreya, Tayland, Trinidad və Tobaqo

D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya

Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın 6 şəhərində – Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək. Yarış 29 sentyabr – 20 oktyabr tarixlərində baş tutacaq.

Gununsesi.info