Qafqaz Universitetində dərs deyən müəllimlərin taleyinə aydınlıq gətirildi - NAZİRLİKDƏN AÇIQLAMA

  • By admin
  • 15 Fevral 2017 17:50

qafqaz

“Qafqaz Universitetində dərs deyən müəllimlər əvvəldən tədris prosesinə cəlb olunublar və onlar orada qalıb fəaliyyətlərini davam etdirəcəklər”.

Bu haqda Gununsesi.info-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
O bildirb ki, əgər Qafqaz Universitetinin müəllimləri əvvəlki qaydada tədris prosesində iştirak edəcəklərsə, o zaman pedaqoji heyət qalıb öz yerində işləyəcəklər.

Qeyd edək ki, Təhsil Nazirliyinin açıqlamasına görə, Qafqaz Universitetində yaradılan Ləğvetmə Komissiyasının rəyi ilə təhvil-təslim prosesi fevralın 14-də tam başa çatıb. Bütün müvafiq sənədlər Bakı Mühəndislik Universitetinə təhvil verilib. Sabahdan Qafqaz Universitetinin tələbələri Bakı Mühəndislik Universitetində tədrisə – II semestrə başlayacaqlar.

Anar

Gununsesi.info