“Qalatasaray” 38 yaşlı portuqaliyalı qapıçını transfer etdi

  • By admin
  • 27 İyul 2020 19:03

Türkiyənin “Qalatasaray” klubu “Göztəpə”dən ayrılan portuqaliyalı qapıçı Beto ilə müqavilə imzalayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “NTVspor” məlumat yayıb.

Müqavilənin şərtləri və neçə illiyə bağlandığı barədə məlumat verilmir.

Qeyd edək ki, Portuqaliyanın “Sportinq” klubunun yetirməsi olan Beto “Portu”, “Braqa”, “Benfika” “Sevilya” kimi klubların formasını geyinib.

 

Gununsesi.org