Apellyasiya Məhkəməsi cəbhəçiləri həbsdə saxladı

  • By admin
  • 27 İyul 2020 18:52

 

Bu gün  Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Məmməd İbrahimovun oğlu Mehdi İbrahimovun həbsilə bağlı şikayəti təmin etməyib.

Mehdi İbrahimov iyulun 15-də orduya dəstək aksiyasından sonra saxlanılıb. Lakin yalnız iyulun 20-də ona qarşı CM-in 139-1.1-ci maddəsi  (karantin rejiminin pozulması xəstəliyin yayılmasına səbəb olduqda) ilə ittiham irəli sürülüb.

İyulun 22-də məhkəmə onu 3 ay müddətinə həbs edib və onu vərəm xəstələri üçün 3 saylı penitensiar müəssisəyə yerləşdiriblər.

Bundan sonra (iyulun 26 -da ) onun atası Məmməd İbrahim saxlanılıb və onun taleyi hələlik məlum deyil.

Bu gün Apellyasiya Məhkəməsi AXCP fəalları Məhəmməd İmanlı, Ramid Nağayev, Ayaz Məhərrəmov, Baba Süleymanov və Seymur Əhmədovun həbsilə bağlı  şikayətləri təmin etməyib.

AXCP-dən bildiriblər ki, onların heç biri məhkəməyə aparılmayıb, hətta onların onlayn iştirakı təmin edilməyib.

Gununsesi.org