Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulacaq.
Gununsesi.info xəbər verir ki, son oyun günündə 9 qarşılaşma keçiriləcək.
Türkiyənin “Qalatasaray” komandası bu tur Norveçdə “Budyo Qlimt”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Eyni vaxtda start götürəcək digər oyunda “Qarabağ” İspaniyada “Atletik”lə qarşılaşacaq.
Azərbaycan çempionunun rəqiblərindən “Çelsi” evdə “Ayaks”ı, “Ayntraxt” “Liverpul”u sınağa çəkəcək.
Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
20:45. “Qalatasaray” (Türkiyə) – “Budyo Qlimt” (Norveç)
20:45. “Atletik” (İspaniya) – “Qarabağ” (Azərbaycan)
23:00. “Çelsi” (İngiltərə) – “Ayaks” (Niderland)
23:00. “Atalanta” (İtaliya) – “Slaviya” (Praqa, Çexiya)
23:00. “Ayntraxt” (Almaniya) – “Liverpul” (İngiltərə)
23:00. “Sportinq” (Portuqaliya) – “Marsel” (Fransa)
23:00. “Monako” (Fransa) – “Tottenhem” (İngiltərə)
23:00. “Real Madrid” (İspaniya) – “Yuventus” (İtaliya)
23:00. “Bavariya” (Almaniya) – “Brügge” (Belçika)









