“Qalatasaray” – “Fənərbağça” derbisinin vaxtı açıqlandı

  • By admin
  • 31 Avqust 2020 22:44

Türkiyə Superliqasında 2020/2021 mövsümünün ilk 4 turunun təqvimi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, yeni çempionat sentyabrın 11-də “Fənərbağça” – “Rizespor” oyunu ilə başlayacaq.

Mövsümün ilk derbisi olan “Qalatasaray” – “Fənərbağça” matçının da vaxtı dəqiqləşib. III tur çərçivəsində keçiriləcək qarşılaşma sentyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, “Qalatasaray” UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə rəqib olub. Bu komandalar arasında oyun sentyabrın 17-də “Bakcell Arena”da təşkil olunacaq və saat 20:00-da başlayacaq.

 

 

Gununsesi.info