“Qalatasaray” hollandiyalı futbolçu ilə anlaşdı

  • By admin
  • 29 İyun 2018 23:13

 Yeni mövsüm hazırlıqlarına start verən “Qalatasaray” heyətində komplektləşdirmə işi aparır. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” Rayan Donkla müqavilənin müddətini uzadıb.

Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.

 

Qeyd edək ki, Donk 2016-cı ildən “Qalatasaray”da çıxış edir.