“Qalatasaray” hücumçusu ilə yollarını ayırdı

  • By admin
  • 09 Sentyabr 2020 20:53

Türkiyənin “Qalatasaray” klubu hücumçusu Adem Büyüklə yollarını ayırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Spor Arena” yazıb.

Futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Əldə olunan razılaşmaya əsasən futbolçu “sarı-qırmızılılar”a 2 milyon 10 min 508 türk lirəsi (456 min 787 manat) təzminat ödəyəcək.

A.Büyükün yeni komandasının “Yeni Malatyaspor” olduğu qeyd edilir. Futbolçu ilə müqavilənin iki illik olacağı bildirilir.

 

 

 

Gununsesi.info