“Qalatasaray” Rodrigezi 10 milyon avroya satdı - 10 milyon avroluq təklif qəbul edilib

  • Müəllif: admin
  • 03 Yanvar 2019 19:04

“Qalatasaray” futbolçusu Qarri Rodriqes üçün Səudiyyə Ərəbəsitanı təmsilçisi “Əl İttihad”dan təklif alıb.

“Gununsesi.org” xəbər verir ki, 28 yaşlı vinqer üçün göndərilən 10 milyon avroluq təklif qəbul edilib. Kabo-verdeli futbolçu müqavilə bağlamaq üçün bu gün Səudiyyə Ərəbistanına yollanacaq.

Qeyd edək ki, Rodriqes 2017-ci ilin yanvarında 3,7 milyon avroya PAOK-dan “Qalatasaray””a keçmişdi.