Türkiyə Super Liqasında XXV tur davam edir.
Gununsesiaz.info-nun məlumatına görə, bu gün turun üç oyunu keçirilib.
Liderlər qrupunda yer alan “Sivasspor” və “Qalatasaray”ın dueli daha çox maraq kəsb edib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
“Alanyaspor” turu xal itkisi ilə başa vurub. Avrokuboklara vəsiqəyə iddialı komanda “Rizəspor”la səfər matçında heç-heçə ilə kifayətlənib.
Autsayderlər qrupunda yer alan rəqiblərin duelində 6 qol vurulub. “Kasımpaşa” günün ən məhsuldar oyununda “Kayserispor”u darmadağın edib.
Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.
Türkiyə Super Liqası
XXV tur
8 mart
“Rizəspor” – “Alanyaspor” – 1:1
Samudio, 61 – Bammu, 35
“Kasımpaşa” – “Kayserispor” – 5:1
Koyta, 6, Şarliya, 11, Ndonqala, 30, Kara, 83, Erdoğan, 87 – Mensa, 59
“Sivasspor” – “Qalatasaray” – 2:2
Arslan, 7, Kılınc, 59 – Falkao, 14, Fequli, 37
1. | Başakşəhər | 25 | 15 | 7 | 3 | 49:24 | 52 |
2. | Trabzonspor | 24 | 14 | 7 | 3 | 55:26 | 49 |
3. | Qalatasaray | 25 | 14 | 7 | 4 | 44:20 | 49 |
4. | Sivasspor | 25 | 14 | 7 | 4 | 47:28 | 49 |
5. | Beşiktaş | 25 | 13 | 4 | 8 | 40:32 | 43 |
7. | Fənərbaxça | 25 | 11 | 7 | 7 | 46:33 | 40 |
6. | Alanyaspor | 25 | 11 | 7 | 7 | 43:25 | 40 |
8. | Göztəpə | 24 | 9 | 7 | 8 | 29:28 | 34 |
9. | Qaziantep | 25 | 8 | 8 | 9 | 36:40 | 32 |
10. | Dənizlispor | 25 | 7 | 7 | 11 | 25:34 | 28 |
11. | Gənclərbirliyi | 24 | 7 | 6 | 11 | 32:42 | 27 |
12. | Antalyaspor | 24 | 6 | 8 | 10 | 27:42 | 26 |
13. | Y.Malatyaspor | 24 | 6 | 7 | 11 | 36:35 | 25 |
14. | Rizəspor | 24 | 7 | 4 | 13 | 25:40 | 25 |
15. | Konyaspor | 25 | 4 | 11 | 10 | 20:33 | 23 |
16. | Kasımpaşa | 25 | 6 | 5 | 14 | 36:50 | 23 |
17. | Ankaragücü | 25 | 4 | 8 | 13 | 21:44 | 20 |
18. | Kayserispor | 25 | 4 | 7 | 14 | 26:61 | 19 |
Gununsesiaz.info