“Qalatasaray”ın futbolçusu koronavirusa yoluxub

  • By admin
  • 16 Noyabr 2020 14:15

Niderland yığmasının hücumçusu Rayan Babel koronavirus infeksiyasına yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

Hazırda yığmanın düşərgəsində olan forvardın son testinin pozitiv çıxdığı açıqlanıb. Bu üzdən “Qalatasaray”ın futbolçusunun karantinə alındığı və Millətlər Liqasında noyabrın 18-də Polşa ilə səfər oyununu buraxacağı vurğulanıb.

Qeyd edək ki, Babel dünən Bosniya və Herseqovina ilə V tur matçında (3:1) iştirak ərizəsində yer almayıb.

 

Gununsesi.info