“Qalatasaray”ın Mehmet Ağar sevgisi - ADI ÇOXSAYLI KRİMİNAlDA HALLANAN KEÇMİŞ NAZİR BAKIDA NƏ GƏZİRDİ?

  • By admin
  • 28 Mart 2023 13:40

Bakıda  “Qalatasaray” futbol klubu ilə keçirilən qardaşlıq oyununda diqqətçəkən məqamlardan biri də Türkiyənin sabiq daxili işlər və ədliyyə naziri vəzifələrində çalışmış, amma adı kriminal qruplarla birgə çəkilən Mehmet Ağarın da ali qonaqlar sırasında görünməsi idi.

Qeyd edək ki, Azərbaycan prezidenti “Qalatasaray” komandasını müşaiyyət edən qardaş ölkənin təmsilçiləri ilə şəxsən görüşüb. Prezidentlə əl tutan qonaqlar arasında Mehmet Ağarın görünməsi təəccübə səbəb olub.

Belə ki, Mehmet Ağar Türkiyə hökumətində belə arzuolunmaz şəxs statusundadır.

Onun kriminal qruplaşmalarla əlaqələri və digər əməlləri barədə mühacirətdə olan Sedat Pekerin açıqlamarı rezonansa səbəb olmuşdu.

Onu da xatırladaq ki, Mehmet Ağar 1995-ci ildə məhrum prezident Heydər Əliyevə sui-qəsdin təşkilində də ittiham olunub.

Görünür, “Qalatasaray” administrasiyası Ağarın digər əməllərindən xəbərdər olsa da Heydər Əliyevlə bağlı olayı bilmir. Əks təqdirdə onu Azərbaycan prezidentinin həndəvərinə buraxmazdılar.

Onu da qeyd edək ki, Mehmet Ağarın Azərbaycana gəlişi Türkiyə mediasının diqqətindən yayınmayıb.

Türkiyənin “Cumhuriyet” “Mehmet Ağar aylar sonra Azərbaycanda üzə çıxdı” başlıqlı məqalə yazıb.

Qəzet  yazır ki, Mütəşəkkil cinayət təşkilatına rəhbərlik etməkdə təqsirli bilinən Sedat Pekerin açıqlamaları ilə gündəmə gələn keçmiş daxili işlər naziri Mehmet Ağar aylar sonra Azərbaycanda üzə çıxıb. Ağar “Qarabağ” – “Qalatasaray” matçından əvvəl Azərbaycan prezidenti İlham Əliyev və “Qalatasaray”ın prezidenti Dursun Özbeklə eyni meydana daxil olub.

Maraş mərkəzli 11 vilayəti yerlə-yeksan edən zəlzələlərdən zərər çəkən vətəndaşlar üçün Bakıda keçirilən matça gedən Ağar burada foto çəkdirib.

Qəzet daha sonra xatırladır: “Peker, həmçinin Mehmet Ağarı kokainlə məşğul olmaqda və “aşı açılmamış” kimi qeydə alınan bir çox cinayətin plançısı olmaqda ittiham edib”.

Elmar Elnuroğlu

Gununsesi.info