Qalmaqallı rəis rəsmən yola salındı

  • Müəllif: admin
  • 22 Fevral 2018 12:14

Hələ bir neçə gün öncə Gununsesi.info-nun Gəncə Şəhər Baş Polis İdarəsinin Yol Polisi şöbəsinin rəisi Rəhim Zalovun vəzifəsindən kənarlaşdırlması barədə yaydığı xəbər rəsmən təsdiqini tapıb. Belə ki, DİN-nin mətbuat xidməti nazir Ramil Usubovun polis polkovnik-leytenantı Rəhim Zalovu  işində yol verdiyi nöqsanlarla əlaqədar vəzifəsindən azad edərək, sərəncama götüməsini bəyan edib.

Qeyd edək ki, bununla bağlı xəbərimizdə DİN-nin xüsusi yoxlama qrupunun Gəncə Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar apardığı, Rəhim Zalovun rəis kimi fəaliyyətində ciddi nöqsanların üzə çıxdığı bəlli olub.

Gununsesi.info